Bakı. Trend:
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezidentiİlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbərverir ki, məktubda qeyd olunub:
"Hörmətli İlham Heydər oğlu.
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Busevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin.
Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı,xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisivə ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminəali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Sevindirici haldır ki, Azərbaycan Respublikası Sizinrəhbərliyinizlə davamlı və hərtərəfli inkişaf yolu ilə inamlairəliləyir.
Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində vəonun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmətqazandırıb.
Fürsətdən istifadə edərək Tacikistan ilə Azərbaycan arasındakıdostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin dahada möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizixüsusi olaraq qeyd etmək istərdim.
Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıxdostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıqçərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgətəşviqini davam etdirəcəyik".