AZ

Prezident Emoməli Rəhmon Azərbaycan Prezidentini təbrik etdi

Yazını böyüt
Yazını kiçilt

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Hafta.az yazır ki, bu məqsədlə Azərbaycan prezidentinə göndərdiyi məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu, sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu sevincli günlə əlaqədar ən xoş arzularımı qəbul edin. Sizə bu əlamətdar gündə, ilk növbədə, möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqının bundan sonra da tərəqqisi və ölkənizin beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram”.

Cənab Rəhmon qeyd edib ki, Azərbaycan məhz prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı və hərtərəfli inkişaf yolunda inamla irəliləyir.

Dövlət başçısı vəzifəsində nailiyyətləriniz ölkə daxilində və onun hüdudlarından kənarda Sizə böyük nüfuz və hörmət qazandırıb.

“Fürsətdən istifadə edərək Tacikistanla Azərbaycan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif aspektlərinin daha da möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqətli münasibətinizi xüsusi olaraq qeyd etmək istərdim. Əminəm ki, aramızda yaranan etibarlı siyasi dialoqa və sıx dostluğa əsaslanaraq, ölkələrimizin strateji tərəfdaşlıq çərçivəsində qarşılıqlı münasibətlərinin bundan sonra da birgə təşviqini davam etdirəcəyik”, – Prezident Rəhmon qeyd edib.

Seçilən
29
37
hafta.az

10Mənbələr