Belə güclü komandanın varlığını şərtləndirən səbəblər nədi? Heyət, baş məşqçi, yoxsa başqa bilmədiymiz səbəb var?
Bu sualı Arif Əsədova ünvanladıq:
“Sabah”ın çempionluğu haqda danışmaq tez olar. Heyətə də baxanda düşünmək olar ki, çempionluğa ən real namizədlərdəndi. Amma bunu zaman göstərəcək. Qarşıda hələ ikinci dövrə var. “Qarabağ” da bu enişi arxada qoyacaq. “Zirə”, “Sumqayıt”, “Turan Tovuz” kimi komandalar da arxadan gələcək. Hadisələrin indiki axarı onu göstərir ki, çempionatın dinamikası artıb. Bu da azarkeşlərdə marağın artmasına səbəb olur”.
MÜZƏFFƏR QULUZADƏ