Footbal-plus saytına istinadən ain.az xəbər verir.
Bu mövsüm parlaq oyun göstərən “Sabah” var. O “Sabah” ki, əsas rəqiblərindən - “Turan Tovuz”la “Zirə”ni 3, “Neftçi” ilə “Qarabağ”ı 2 qolla məğlub edib. Hazırda da turnir cədvəlinin vahid lideridi. Belə güclü komandanın varlığını şərtləndirən səbəblər nədi? Heyət, baş məşqçi, yoxsa başqa bilmədiymiz səbəb var? Bu sualı Arif Əsədova ünvanladıq:
“Sabah”ın çempionluğu haqda danışmaq tez olar. Heyətə də baxanda düşünmək olar ki, çempionluğa ən real namizədlərdəndi. Amma bunu zaman göstərəcək. Qarşıda hələ ikinci dövrə var. “Qarabağ” da bu enişi arxada qoyacaq. “Zirə”, “Sumqayıt”, “Turan Tovuz” kimi komandalar da arxadan gələcək. Hadisələrin indiki axarı onu göstərir ki, çempionatın dinamikası artıb. Bu da azarkeşlərdə marağın artmasına səbəb olur”.
MÜZƏFFƏR QULUZADƏ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.