Bakı.Trend:
Sabahadək “BakuBus”ın daha 3 xəttində NFC texnologiyası tətbiqediləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq "K Group Bakıkart"danbildirilib.
Məlumata görə, sonradan NFC ödəniş sistemi “BakuBus”a məxsusolan bütün avtobusları əhatə edəcək.
"Test mərhələsi uğurla başa çatdığı təqdirdə, növbəti mərhələdəNFC sistemi digər operatorlara məxsus avtobuslarda da tətbiqolunacaq",-deyə "K Group Bakıkart"dan əlavə edilib.
Qeyd edək ki, Bakı şəhərində ilk dəfə olaraq avtobusmarşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları,eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödənişmexanizminin tətbiqinə dekabrın 20-dən start verilib və layihəninpilot mərhələsi çərçivəsində həyata keçirilir.