AZ

Daha 3 marşrut xəttində NFC texnologiyası tətbiq ediləcək RƏSMİ

ain.az, Bakivaxti portalına istinadən məlumat verir.

Sabahadək “BakuBus”ın daha 3 xəttində NFC texnologiyası tətbiq ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq "K Group Bakıkart"dan bildirilib.

Məlumata görə, sonradan NFC ödəniş sistemi “BakuBus”a məxsus olan bütün avtobusları əhatə edəcək.

"Test mərhələsi uğurla başa çatdığı təqdirdə, növbəti mərhələdə NFC sistemi digər operatorlara məxsus avtobuslarda da tətbiq olunacaq",-deyə "K Group Bakıkart"dan əlavə edilib.

Qeyd edək ki, Bakı şəhərində ilk dəfə olaraq avtobus marşrutlarında NFC sistemini dəstəkləyən bütün yerli bank kartları, eləcə də “Apple Pay” və “Google Pay” vasitəsilə nağdsız ödəniş mexanizminin tətbiqinə dekabrın 20-dən start verilib və layihənin pilot mərhələsi çərçivəsində həyata keçirilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
7
bakivaxti.az

8Mənbələr