“Kəpəz” iki futbolçu ilə yollarını ayırıb. Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qapıçı Kaçper Rosa və müdafiəçi Pedro Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, hər iki futbolçu mövsümün əvvəlində Gəncə təmsilçisinə cəlb olunmuşdu.
31 yaşlı polşalı qolkiper Rosa bu mövsüm Azərbaycan Premyer Liqasında 8 oyunda meydana çıxıb. 22 yaşlı portuqaliyalı Qomeş isə 9 oyunda meydanda olub.