“Kəpəz” iki futbolçusu ilə yollarını ayırıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Polşalı qapıçı Kaçper Rosa və portuqaliyalı müdafiəçi Perdo Qomeşlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Rosa ilə Qomeş mövsümün əvvəlində komandaya cəlb olunmuşdu.