AZ

İkardi George Hacını geridə qoyaraq “Qalatasaray”ın tarixinə düşdü

style='margin-bottom:10px;'>

Argentinalı Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb. 

QOL.az bu barədə "TRT Spor"a istinadən xəbər verir. 32 yaşlı hücumçu Türkiyə Super Liqasında "Qalatasaray"ın oyunçusu kimi ən çox qol vuran əcnəbi futbolçu olub.

“Cim-Bom”dakı dördüncü mövsümünü keçirən İkardi bütün turnirlərdə keçirdiyi 110-cu rəsmi oyunda 70 dəfə rəqib qapılarına yol tapıb. Super Liqada isə 81 matçda 60 dəfə fərqlənib.
 
İkardi dünən “Kasımpaşa” ilə oyunda (3:0) vurduğu qolla bu göstəricidə George Hacını (Gheorghe Hagi) geridə qoyaraq “Qalatasaray” tarixində liqa oyunlarında ən çox qol vuran əcnəbi futbolçu ünvanına sahib çıxıb.

İkardi rəsmi oyunlarda daha 3 qol vuracağı təqdirdə isə klub tarixinin bütün turnirlər üzrə ən məhsuldar əcnəbi futbolçusu olacaq.

Seçilən
46
2
teleqraf.com

3Mənbələr