Mauro İkardi “Qalatasaray”ın tarixinə düşüb.
Msport.az xəbər verir ki, 32 yaşlı hücumçu Türkiyə Super Liqasında “Qalatasaray”ın oyunçusu kimi ən çox qol vuran əcnəbi futbolçu olub.
“Cim-Bom”dakı dördüncü mövsümünü keçirən İkardi bütün turnirlərdə keçirdiyi 110-cu rəsmi oyunda 70 dəfə rəqib qapılarına yol tapıb. Super Liqada isə 81 matçda 60 dəfə fərqlənib.
İkardi “Kasımpaşa” ilə son oyunda (3:0) vurduğu qolla bu göstəricidə George Hacini geridə qoyaraq “Qalatasaray” tarixində liqa oyunlarında ən çox qol vuran əcnəbi futbolçu ünvanına sahib çıxıb.
İkardi rəsmi oyunlarda daha 3 qol vuracağı təqdirdə isə klub tarixinin bütün turnirlər üzrə ən məhsuldar əcnəbi futbolçusu olacaq.