ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən təxminən 30 diplomatik nümayəndəliyin rəhbər vəzifələrində çalışan bir sıra diplomatı geri çağırmaq qərarı verib.
APA xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi ABŞ Dövlət Departamentindəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, 29 diplomata tutduqları vəzifədə səlahiyyət müddətinin yanvar ayında başa çatacağı barədə bildiriş göndərilib.
Qeyd olunur ki, sözügedən diplomatlar ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunublar.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.