AZ

Tramp administrasiyası ABŞ-ın Ermənistandakı səfiri də daxil 30 diplomatik nümayəndəlik rəhbərini geri çağırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ermənistandakı səfir Kristina Kvin də daxil olmaqla xarici ölkələrdə fəaliyyət göstərən təxminən 30 diplomatik nümayəndəliyin rəhbər vəzifələrində çalışan bir sıra diplomatını geri çağırmaq qərarı verib.

APA xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyi ABŞ Dövlət Departamentindəki adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 29 diplomata tutduqları vəzifədə səlahiyyət müddətinin yanvar ayında başa çatacağı barədə bildiriş göndərilib.

Qeyd olunur ki, sözügedən diplomatlar ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə bu vəzifələrə təyin olunublar.

Seçilən
16
2
apa.az

3Mənbələr