AZ

Şuşadan oğurlanan abidələr belə qaytarılıbmış

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq nazir və səfir Polad Bülbüloğlu ilk dəfə işğal dövründə Şuşadan oğurlanmış və güllələnmiş abidələrin ölkəyə necə qaytarıldığını açıqlayıb.

Publika.az Modern.az-a istinadən xəbər verir ki, o, Gürcüstandan daxil olan təsadüfi məlumatdan sonra abidələrin qaytarılması üçün “səssiz əməliyyat” həyata keçirildiyini bildirib.

“Tam təsadüfən Gürcüstandan mənə xəbər gəldi ki, Ermənistandan Bülbülün abidəsini satırlar. Mən atamın abidələri haradadır hamısını bilirəm. Tez ürəyimdən keçdi ki, yalnız Şuşadan çıxan abidə olar.

Bakıda oğlan var idi, atası gürcü, anası azərbaycanlı. Bizim sistemdə işləyirdi. Yaraşıqlı, ucaboy oğlan idi. Çağırdım onu, dedim ki, gürcü dili yadındadır? Dedi hə. Soruşdum ki, sərbəst danışa bilirsən. Dedi təbii ki. Dedim sənə çox məsul tapşırıq verirəm. Bəs mənə deyiblər ki, ermənilər Bülbülün abidəsini satmaq istəyirlər və məncə bu Şuşadan çıxan abidədir. Ayrı abidəsi yoxdur ki onu satsınlar. Dedim gedəcəksən Tiflisə, o adamı tapacaqsan. O adam sənə göstərəcək abidə haradadır-nədir.

O vaxt da telefon yox idi, 4 gün sonra zəng etdi. Mən ona kiçik belə bir fotoaparat vermişdim. Demişdim mütləq şəklini çəkərsən.

Seçilən
26
5
publika.az

6Mənbələr