AZ

İlham Əliyev MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcək - Peskov

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.

"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov bildirib ki, Putinin həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq.

"Bu iki gün ərzində Putin ayrı-ayrılıqda bütün liderlərlə görüşəcək", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, dekabrın 21-də Sankt-Peterburqda Avrasiya İttifaqı Ali İqtisadi Şurasının iclası, dekabrın 22-də isə MDB-nin qeyri-rəsmi sammiti keçiriləcək.

Seçilən
43
16
unikal.az

10Mənbələr