Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan MDB-nin qeyri-rəsmi sammitində iştirak edəcəklər.
Aznews.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Dmitri Peskov deyib ki, Rusiya Prezidenti Vladimir Putinin həm İlham Əliyev, həm də Nikol Paşinyanla ayrı-ayrılıqda ikitərəfli görüşləri olacaq.
"Bu iki gün ərzində Putin ayrı-ayrılıqda bütün liderlərlə görüşəcək", - Kremlin sözçüsü vurğulayıb.