AZ

Bu ölkədə silahlı qarşıdırma - Ölənlər var

Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhəri yaxınlığındakı qəsəbədə baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə AFP polisə istinadən məlumat yayıb.

Bildirilib ki, naməlum hücumçular şəhərdən 40 kilometr cənub-qərbdə yerləşən Bekkersdalda atəş açıblar.

Hücum edənlərin küçədəki insanlara qarşı ayrı-seçkilik etmədən atəş açdıqları bildirilir.

Hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır.


Telegram kanalımız
Seçilən
112
3
yenisabah.az

4Mənbələr