Konkret.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhəri yaxınlığındakı qəsəbədə baş verən atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki,bu barədə AFP polisə istinadən məlumat yayıb.
Bildirilib ki, naməlum hücumçular şəhərdən 40 kilometr cənub-qərbdə yerləşən Bekkersdalda atəş açıblar.
Hücum edənlərin küçədəki insanlara qarşı ayrı-seçkilik etmədən atəş açdıqları bildirilir.
Hüquq-mühafizə orqanları hadisənin səbəbini araşdırır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.