Oğuzda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.
NOCOMMENT. az-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində1960-cı il təvəllüdlü
Natalya Tahirova, 1961-ci il təvəllüdlü
Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü
Qurban Mirzəyev, 1972-ci il təvəllüdlü
Azad Puçaxov, 1960-cı il təvəllüdlü
Xədicəmaral Xəlilova və 1958-ci il təvəllüdlü
Cənnətey Qumbarova xəsarət alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
*** 20:47
Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.
NOCOMMENT.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.
İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
