AZ

Oğuzda baş verən qəzada xəsarət alanların kimliyi məlum olub – VİDEO (YENİLƏNİB)

Oğuzda baş verən qəzada xəsarət alanların şəxsiyyəti məlum olub.

NOCOMMENT.az-ın bölgə müxbiri xəbər verir ki, yol-nəqliyyat hadisəsi nəticəsində1960-cı il təvəllüdlü

Natalya Tahirova, 1961-ci il təvəllüdlü
Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü
Qurban Mirzəyev, 1972-ci il təvəllüdlü
Azad Puçaxov, 1960-cı il təvəllüdlü
Xədicəmaral Xəlilova və 1958-ci il təvəllüdlü
Cənnətey Qumbarova xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

*** 20:47

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib.

NOCOMMENT.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca çırpılıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
16
1
nocomment.az

2Mənbələr