Bakı. Trend:
Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Sarannarkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdansonra sərbəst buraxılıb.
Trend-inməlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.
Məlumata əsasən, Saran aparılan araşdırma zamanı Respublika BaşProkurorluğuna dəvət olunub.
O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb EkspertizasıQurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti iləsərbəst buraxılıb.