Yazını böyüt
Yazını kiçilt
Türkiyənin “Fənərbağça” komandasının prezidenti Sadəttin Saran narkotiklərlə bağlı aparılan araşdırma çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılıb.
Hafta.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.
Məlumata əsasən, Saran aparılan araşdırma zamanı Respublika Baş Prokurorluğuna dəvət olunub.
O, prokurorluqda ifadə verdikdən sonra Məhkəmə-Tibb Ekspertizası Qurumunda müayinədən keçirilib və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.