AZ

Voleybol üzrə Yüksək Liqalarda növbəti oyunlar keçiriləcək

Dogru.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti qarşılaşmalar dekabrın 22-də baş tutacaq.

Doğru.az xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışlarında III turun təxirə salınmış oyunları keçiriləcək.

Kişilərin mübarizəsində FHN-in idman zalında “Xilasedici” və “Azərreyl” komandaları üz-üzə gələcəklər. Qadınların yarışında isə “Milli Aviasiya Akademiyası” ilə “Abşeron” komandaları qarşılaşacaq.

Qeyd edək ki, ilin son oyunları saat 17:00-da start götürəcək.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
96
3
dogru.az

4Mənbələr