AZ

Voleybol üzrə Yüksək Liqada üçüncü turdan təxirə salınmış oyunların vaxtı bəlli olub

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti oyunlar dekabrın 22-də keçiriləcək.

İdman.Biz xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışlarında üçüncü turun təxirə salınmış qarşılaşmaları baş tutacaq.

Kişilərin mübarizəsində FHN-in idman zalında “Xilasedici” və “Azərreyl komandaları qarşılaşacaqlar. Qadınların yarışında isə “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, ilin son qarşılaşmaları saat 17:00-da start götürəcək.

İdman.Biz
Seçilən
35
3
idman.biz

4Mənbələr