AZ

Voleybol üzrə Yüksək Liqada III turdan təxirə salınmış oyunların vaxtı bəlli olub

Bakı, 20 dekabr, AZƏRTAC

Qadın və kişi voleybolçuların Yüksək Liqalarında növbəti oyunlar dekabrın 22-də keçiriləcək.

AZƏRTAC xəbər verir ki, həm qadınların, həm də kişilərin yarışlarında III turun təxirə salınmış qarşılaşmaları baş tutacaq.

Kişilərin mübarizəsində FHN-in idman zalında “Xilasedici” və “Azərreyl komandaları qarşılaşacaqlar. Qadınların yarışında isə “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, ilin son qarşılaşmaları saat 17:00-da start götürəcək.

Seçilən
93
3
azertag.az

4Mənbələr