Olaylar xəbər verir ki, Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin veb saytına verdiyi şərhdə bildirib ki, "Avropa bürokratları bir daha öz vergi ödəyicilərinin ciblərinə əl atırlar və onlar Aİ üzv dövlətlərinin ayrı-ayrı siyasi ambisiyalarının yükünü daşımağa davam etməli olacaqlar..."
O, həmçinin qeyd edib ki, Avropa Birliyinin Kiyev rejiminə kredit vermək qərarı bir daha təsdiqləyir ki, Avropanın Ukraynada sülhə ehtiyacı yoxdur.
Dekabrın 19-da Avropa Şurasının prezidenti António Costa Aİ üzv dövlətlərinin 2026-2027-ci illər ərzində Ukraynaya dəstək üçün 90 milyard avro ayırmaq barədə razılığa gəldiyini təsdiqlədi.
Almaniya kansleri Fridrix Merts Kiyevin 90 milyard avronu faizsiz alacağını açıqladı və onun geri qaytarılmasının Rusiyadan asılı olduğunu qeyd etdi.
İbrahim Məmmədli