AZ

"Naxtel” MMC-nin digər mobil operatorlara miqrasiyası başa çatdırılıb

Bakı.Trend:

19 dekabr 2025-ci il tarixində “Naxtel” MMC-nin fəaliyyətinindayandırılması və abunəçilərin digər mobil operatorlara miqrasiyasıuğurla başa çatdırılıb.

Trend xəbərverir ki, bu barədə İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi məlumat yayıb.

Bildirilib ki, bu genişmiqyaslı layihə Azərbaycantelekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumuİnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və bazariştirakçılarının səmərəli əməkdaşlığı nəticəsində abunəçiməmnuniyyəti prinsipi əsasında həyata keçirilib.

Layihə çərçivəsində İKTA, “Naxtel”, yeni abunəçiləri qəbul edənmobil operatorlar “Azercell” MMC, “Bakcell” MMC və “Azerfon” MMC,həmçinin Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON)tərkibində fəaliyyət göstərən “AzInTelecom” MMC vahid əməliyyatkomandası kimi fəaliyyət göstərərək texniki sistemlərinuyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanın təmin edilməsiüçün zəruri tədbirlər həyata keçiriblər. İKTA tərəfindəniştirakçılar arasında fasiləsiz kommunikasiya və operativqərarvermə mexanizmi təmin olunub.

105 mindən çox “Naxtel” abunəçisinin digər mobil operatorlarınşəbəkələrinə keçidi müvəffəqiyyətlə həyata keçirilib və bu prosesin15.01.2026-ci il tarixindək davam etdirilməsi planlaşdırılıb. Buproses çərçivəsində abunəçilərin istifadəsində olan “060” prefikslimobil nömrələr tam şəkildə qorunub saxlanılıb. Bu yanaşmaabunəçilərin nömrə tanınmasının və gündəlik rabitə vərdişlərininqorunmasına hədəflənib.

Bununla yanaşı, qəbul edən mobil operatorlar tərəfindən “Naxtel”abunəçiləri üçün xüsusi tarif paketləri tətbiq olunub, bupaketlərin formalaşdırılmasında abunəçilərin öyrəşdikləri tarifxərclərinin maksimum dərəcədə saxlanılması əsas götürülüb. HəmçininNaxçıvan Muxtar Respublikası ərazisində telekommunikasiyainfrastrukturunun gücləndirilməsi istiqamətində mühüm addımlaratılıb. Belə ki, fəaliyyət göstərən mobil operatorlar tərəfindənilkin mərhələdə 30-dan çox yeni baza stansiyasının quraşdırılmasıtəmin olunub.

Miqrasiya prosesində ölkənin ümumistifadəli telekommunikasiyaşəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorlarınınhər biri fəaliyyət istiqamətlərinə uyğun olaraq, texnikisistemlərin uyğunlaşdırılması və şəbəkələrarası inteqrasiyanıntəmin edilməsi üçün vahid komanda kimi fəaliyyət göstərib. Texnikiproseslərin problemsiz gedişatı və yarana biləcək çətinliklərinoperativ həlli üçün İKTA tərəfindən iştirakçılar arasında davamlıkommunikasiya təmin olunub.

Qeyd olunub ki, bütün proses boyu abunəçi hüquqlarının qorunmasıprioritet təşkil edib. Mobil operatorlar müştərilərlə aktivünsiyyət quraraq onları mərhələlər barədə məlumatlandırıb, İKTA isəbu prosesin şəffaflığını dəstəkləyib. Nəticədə, vətəndaşlar üçünkeçid prosesi rahat və əlçatan olub.

Bu təcrübə Azərbaycanın telekommunikasiya bazarında operatorlarvə tənzimləyici qurum arasında sağlam tərəfdaşlıq mühitininmövcudluğunu, mürəkkəb və genişmiqyaslı layihələrin birgə səylərləuğurla icra edilə biləcəyini nümayiş etdirir.

Məqalədə:
Seçilən
33
22
az.trend.az

10Mənbələr