AZ

Təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün platforma yaradılır

Bakı. Trend:

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzininfəaliyyətinin rəqəmsallaşdırılması təcili tibbi xidmətlərinkeyfiyyətinin və operativliyinin artırılması baxımından böyükəhəmiyyət daşıyır.

Trend xəbərverir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu günBakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilənbrifinqdə bildirib.

Onun sözlərinə görə, bu rəqəmsal sistem təcili tibbi yardımaolan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraqinstitusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqdamühüm rol oynayacaq:

"Həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən realvaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması vəoperativ marşrutlaşdırma kimi imkanlar tətbiqi ilə bağlıfunksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir.Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışlarınemal sürətini artırmağa, həm də xidmətin şəffaflığı yüksəldilməsinəgətirib çıxaracaq".

Məqalədə:
Seçilən
119
5
az.trend.az

7Mənbələr