“Real”ın futbolçusu Kilian Mbappe klubun tarixinə düşə bilər.
Publika.az xəbər verir ki, fransız futbolçunun 2025-ci ildə Madrid klubu forması ilə vurduğu qolların sayı 58-dir. Hazırda klubun bir təqvim ili üzrə qol rekordu Kriştiano Ronaldoya məxsusdur. Portuqaliyalı futbolçu 2013-cü ildə yalnız klub səviyyəsində 59 dəfə fərqlənib.
Bu göstəricini geridə qoymaq üçün Mbappeyə daha 2 qol vurmaq lazımdır. Hücumçunun bunun üçün cəmi bir oyunu qalıb. “Qalaktikos” 20 dekabrda La Liqanın 17-ci turu çərçivəsində evdə “Sevilya”nı qəbul edəcək. O, dulb müəllifi olsa, Ronaldonun tarixi rekordunu yeniləyəcək.