AZ

Mbappe Ronaldonun rekordunu təkrarladı

Kilian Mbappe "Real Madrid"in heyətində təqvim ili ərzində vurulan qolların sayına görə Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Redaktor.az bu barədə "Sovsport" nəşrinə istinadən xəbər verir.

Fransalı fubolçu bu nailiyyətə İspaniya La Liqasının 17-ci turunda "Sevilya"nın (2:0) qapısına penaltidən qol vurmaqla imza atıb.

Bu, onun 2025-ci ildə "Real Madrid"in heyətində 59-cu qoludur.

Qeyd edək ki, Ronaldo 2013-cü ildə Madrid təmsilçisi ilə 59 dəfə fərqlənmişdi.

Seçilən
41
5
redaktor.az

10Mənbələr