AZ

Türkiyədə polis 170 İŞİD şübhəlisini saxlayıb

Türkiyə polisi iki həftə ərzində İŞİD terror qruplaşması ilə əlaqəli 170 şübhəlini saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər naziri Ali Yerlikaya bildirib.

“İŞİD-ə qarşı əməliyyat nəticəsində 32 əyalətdə terrorçu qrupa maliyyə yardımı göstərməkdə və əvvəllər onun tərkibində olmaqda şübhəli bilinən 170 nəfər saxlanılıb”, - o, qeyd edib.

Onun sözlərinə görə, həbslər İstanbul, Ankara və ölkənin digər əyalətlərində baş verib. Məhkəmə həbs olunanlardan 10 nəfəri barəsində həbs qətimkan tədbiri seçib, digərləri ilə bağlı araşdırmalar davam edir.

Seçilən
60
50
unikal.az

10Mənbələr