AZ

Rus generalın öldürüldüyü yerdə daha 2 polis həlak oldu

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskvada yol polisi əməkdaşlarının həyatına sui-qəsd cəhdi ilə bağlı cinayət işi açılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. 

Məlumata görə, dekabrın 23-dən 24-nə keçən gecə Yeletskaya küçəsində baş verən partlayış nəticəsində iki yol polisi əməkdaşı, eləcə də hadisə zamanı onlarla birlikdə olan bir kişi ölüb. Daha iki polis zabiti isə yaralanıb.

Qeyd olunub ki, iki yol polisi əməkdaşı polis maşınının yaxınlığında şübhəli bir kişini görüb. Buna görə də onu araşdırmaq və saxlamaq qərarına gəliblər. Zabitlər kişiyə yaxınlaşarkən partlayıcı qurğu işə düşüb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi iki ağır cinayət ittihamı ilə cinayət işi açıb. Birincisi, hüquq-mühafizə orqanı əməkdaşının həyatına sui-qəsd cəhdidir. İkincisi, partlayıcı qurğuların qanunsuz dövriyyəsidir. 

Moskva İstintaq Komitəsinin müstəntiqləri və məhkəmə ekspertləri partlayış yerini hərtərəfli araşdırmaqda davam edirlər. 

22 dekabrda isə eyni ərazidə, qonşu Yasenevaya küçəsində partlayış baş vermiş, nəticədə general-leytenant Fanil Sarvarov həlak olmuşdu. 

Ağarza Elçinoğlu 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
2
unikal.az

10Mənbələr