Bakı. Trend:
"TikTok" sosial şəbəkə platforması ABŞ-dakı əməliyyatlarını birqrup amerikalı investora satmağa razılaşıb.
Trend xəbər verirki, bu barədə Axios portalı şirkətin daxili sənədinə istinadənməlumat yayıb.
Sövdələşmənin gələn il yanvarın 22-də bağlanması gözlənilir.Şərtlərə əsasən, Oracle, Silver Lake və Əbu-Dabidə yerləşən MGX"TikTok"un ABŞ-dəki törəmə şirkətində birgə 45% paya sahib olacaq.Daha 20% pay onun ana şirkəti ByteDance-ə məxsus olacaq, qalanhissə isə ByteDance ilə əlaqəli investorlara gedəcək.
Qeyd olunur ki, sentyabrın 5-də ABŞ Prezidenti Donald TrampÇinin sosial şəbəkə platforması "TikTok"un ölkədəki nəzarətiniAmerika biznesinə ötürəcək müqaviləni təsdiqləyən sərəncamimzalayıb. Yeni strukturda ABŞ vətəndaşları ən böyük paya vənəzarətə sahib olacaqlar, ByteDance isə 20%-dən az paya sahibolacaq.