"TikTok" ABŞ-dakı əməliyyatlarını bir qrup amerikalı investorlara satmağa razılıq verib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
Sazişin gələn il yanvarın 22-də bağlanması gözlənilir. Şərtlərə əsasən, "Oracle", "Silver Lake" və "Əbu- Dabidə yerləşən MGX şirkətləri "TikTok"un ABŞ-dakı törəmə şirkətinin 45%-nə birgə sahib olacaqlar. Ana şirkət "ByteDance" daha 20%-ni saxlayacaq və səhmlərin təxminən üçdə biri onunla əlaqəli investorlara veriləcək.
Sentyabr ayında ABŞ Prezidenti Donald Tramp Çin sosial şəbəkəsi olan "TikTok"un ABŞ-dakı nəzarətinin Amerika biznesinə verilməsini təsdiqləyən bir sərəncam imzalayın. Sənəddə ABŞ vətəndaşlarının yeni qurumda əksər pay və nəzarəti ələ alacağı nəzərdə tutulur. "ByteDance" 20%-dən az paya sahib olacaq, qalan mülkiyyət isə müəyyən investorlar arasında bölüşdürüləcək.