AZ

“Səs-küydən mənzildə rahat otura bilmirik” - "Lemoon" restoranından ŞİKAYƏTVİDEO

Səs-küy, gecələr gücləndirlmiş musiqi sədalarının ətrafa yayılması onların  rahatlığını  və sakitliyini pozur.  Bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən  Yasamal rayon Şəfayət Mehdiyev küçəsinin sakinləri çıxış ediblər.

 "Qoşapark" yaşayış kompleksində fəaliyyət göstərən "Lemoon" restoranı ərazidə yaşayan sakinləri ciddi şəkildə narahat edir.

Binanın Elşad  Səmədov adlı  sakini iddia edir ki, restoran onun mənzilin alt  mərtəbəsində olduğundan səs-küydən evdə qulaq tutulur.

Vətəndaşın şikayətindən  yola alaraq binanın digər sakinlərini də dinlədik.

Belecə restoranın icarədarı Tural Qocayev l Elşad Səmədovun şikayətindən sonra iaişə obyektində əsaslı təmir aparıldığını deyib.

DİN-in Mətbuat Xidmətnin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd olunan restoranda səs-küylə əlaqədar sakinlərin müraciəti əsasında polis əməkdaşları araşdırma aparıblar.

Restoran sahibi barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilib. Gələcəkdə bu kimi halların təkrarlanacağı təqdirdə barəsində əlavə məsuliyyət tədbirlərinin görüləcəyi onun diqqətinə çatdırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Seçilən
94
3
xezerxeber.az

4Mənbələr