AZ

Səs-küydən evdə otura bilmirik - "Lemoon" restoranından ŞİKAYƏT (VİDEO)

Səs-küydən evdə otura bilmirik - "Lemoon" restoranından ŞİKAYƏT (VİDEO)

Səs-küy, gecələr gücləndirilmiş musiqi sədalarının ətrafa yayılması sakinlərin rahatlığını və sakitliyini pozur.

AFN.az xəbər verir ki, bu iddia ilə “Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən Yasamal rayon Şəfayət Mehdiyev küçəsinin sakinləri çıxış ediblər.

“Qoşapark” yaşayış kompleksində fəaliyyət göstərən “Lemoon” restoranı ərazidə yaşayan sakinləri ciddi şəkildə narahat edir.

Binanın Elşad Səmədov adlı sakini iddia edir ki, restoran onun mənzilinin alt mərtəbəsində yerləşdiyindən səs-küydən evdə qulaq tutulur.

Vətəndaşın şikayətindən yola alaraq binanın digər sakinlərini də dinlədik.

Belə ki, restoranın icarədarı Tural Qocayev Elşad Səmədovun şikayətindən sonra iaişə obyektində əsaslı təmir aparıldığını deyib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, qeyd olunan restoranda səs-küylə əlaqədar sakinlərin müraciəti əsasında polis əməkdaşları tərəfindən araşdırma aparılıb.

Restoran sahibi barəsində qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilib. Gələcəkdə bu kimi halların təkrarlanacağı təqdirdə barəsində əlavə məsuliyyət tədbirlərinin görüləcəyi onun diqqətinə çatdırılıb.

Daha ətraflı videomaterialdan tanış ola bilərsiz:

Seçilən
42
3
afn.az

4Mənbələr