AZ

AMADA-nın Müşahidə Şurası ilin sonuncu iclasını keçirib

Nigar Arpadarainin sədrliyi ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının 2025-ci il üzrə sonuncu iclası keçirilib.

AMADA-dan 90deqiqe.Az-a bildirilib ki, iclasda qurumun icraçı direktoru Təhminə Tağı-zadə cari ilin 9 ayı ərzində görülmüş işlər barədə təqdimatla çıxış edib.

Sonra Agentliyin 2025-ci il üzrə hesabatlılıq məsələləri nəzərdən keçirilib, görülmüş işlər və əldə olunan nəticələr ətrafında geniş müzakirələr aparılıb. Bununla yanaşı, AMADA-nın 2026–2030-cu illəri əhatə edən strateji inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparılıb, qarşıdakı dövr üçün əsas prioritetlər və hədəflər müəyyənləşdirilib.

İclasda, həmçinin 2025-ci il üzrə büdcənin icrası məsələsinə baxılıb, maliyyə vəsaitlərindən səmərəli və şəffaf istifadə ilə bağlı müzakirələr aparılıb. Müşahidə Şurası tərəfindən təqdim olunan məsələlər üzrə müvafiq tövsiyə və qərarlar qəbul edilib.

Seçilən
104
22
90deqiqe.az

10Mənbələr