AZ

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirildi

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, Müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirlinin sədrliyi ilə keçirilən iclasda Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov qurumun idarəçiliyində olan sənaye zonalarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sənaye parklarında 2025-ci il ərzində görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd olunub ki, sənaye zonaları ölkədə istehsalın artırılması, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Azərbaycanın qeyri-neft-qaz istehsalı və qeyri-neft-qaz ixracının əhəmiyyətli hissəsi sənaye zonalarının payına düşür. Sənaye zonalarında dövlət tərəfindən yaradılmış əlverişli şərait, təklif olunan güzəştlər sahibkarlıq fəaliyyətini genişləndirir.

İclas çərçivəsində Agentliyin 2026-cı il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati-struktur məsələləri müzakirə olunub.

Seçilən
10
50
bakivaxti.az

10Mənbələr