AZ

Su obyektlərindən xüsusi məqsədli istifadə üçün 5 nazirliyin rəyi tələb olunacaq

Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi üçün beş nazirlikdən rəy almaq tələb olunacaq.

Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nda öz əksini tapıb.

Qaydaya əsasən, ərizəçi su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi və dövlət ekoloji ekspertizasına aid olan fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə istifadə üçün müraciət etdikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, su obyektlərindən balıqçılıq, o cümlədən akvakultura məqsədilə istifadə üçün müraciət etdikdə Kənd Təsərrüfatı Nazirliyindən, su obyektlərindən müalicə, kurort və sağlamlaşdırma məqsədilə istifadə üçün müraciət etdikdə Səhiyyə Nazirliyindən, su obyektlərindən kiçikhəcmli gəmilərin hərəkəti məqsədilə istifadə üçün müraciət etdikdə Fövqəladə Hallar Nazirliyindən, su obyektlərindən energetika məqsədilə istifadə üçün müraciət etdikdə Energetika Nazirliyindən rəy (razılıq) almalı olacaq.

Seçilən
89
6
publika.az

8Mənbələr