Azərbaycanda su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi üçün beş nazirlikdən rəy almaq tələb olunacaq.
Aznews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nda öz əksini tapıb.
Qaydaya əsasən, ərizəçi su obyektlərindən faydalı qazıntıların hasil edilməsi, geoloji kəşfiyyat və qazma işlərinin aparılması, yeraltı qurğuların tikintisi və dövlət ekoloji ekspertizasına aid olan fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə istifadə üçün müraciət etdikdə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, su obyektlərindən balıqçılıq, o cümlədən akvakultura məqsədilə istifadə üçün müraciət etdikdə Kənd Təsərrüfatı Nazirliyindən, su obyektlərindən müalicə, kurort və sağlamlaşdırma məqsədilə istifadə üçün müraciət etdikdə Səhiyyə Nazirliyindən, su obyektlərindən kiçikhəcmli gəmilərin hərəkəti məqsədilə istifadə üçün müraciət etdikdə Fövqəladə Hallar Nazirliyindən, su obyektlərindən energetika məqsədilə istifadə üçün müraciət etdikdə Energetika Nazirliyindən rəy (razılıq) almalı olacaq.
İcazənin sahibi Su Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə riayət etməlidir.
İcazənin və sudan xüsusi məqsədlər üçün istifadə müqaviləsinin şərtlərinə riayət olunmasına nəzarəti Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti həyata keçirir.
Xidmət aşağıdakılara nəzarət edir:
- icazədə göstərilən hərəkətin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktların tələblərinin, icazə qaydalarının və müqavilə şərtlərinin icazə sahibi tərəfindən yerinə yetirilməsinə nəzarət etmək;
- yoxlama zamanı ortaya çıxan suallara dair icazə sahibindən məlumatlar və sənədlər, o cümlədən arayışlar almaq;