AZ

"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır

"MJ Financial Services" BOKT ASC-nin nizamnamə kapitalı 4 milyon 800 min 160 manat və ya 16 dəfə artırılır.

Marja.az xəbər verir ki, "MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd adi, sənədsiz, adlı səhmlər buraxıb.

Hazırda "MJ Financial Services"in nizamnamə kapitalı 300 min 10 manatdır (hər biri 30 001 manat olmaqla, 10  ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir). Yerləşdirmə uğurla yekunlaşarsa BOKT-ın nizamnmaə kapitalı 5 milyon 100 min 170 manata yüksələcəkdir. 

Hazırda "MJ Financial Services" BOKT ASC-nin nizamnamə kapitalının 70%-i Aydınov Camal İsax oğluna, 30%-i Rüstəmov Mədəd Nadir oğluna məxsusdur.

Səhmlərin yerləşdirilməsi üzrə anderrayter "Troni Învestisiya Şirkəti" QSC-dir.

Seçilən
103
1
marja.az

2Mənbələr