AZ

MJ Financial Services BOKT ın nizamnamə kapitalı 16 dəfə artırılır

ain.az bildirir, Marja.az saytına əsaslanaraq.

"MJ Financial Services" BOKT ASC-nin nizamnamə kapitalı 4 milyon 800 min 160 manat və ya 16 dəfə artırılır.

Marja.az xəbər verir ki, "MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyəti hər birinin nominal dəyəri 30 001 manat olan 160 ədəd adi, sənədsiz, adlı səhmlər buraxıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda "MJ Financial Services"in nizamnamə kapitalı 300 min 10 manatdır (hər biri 30 001 manat olmaqla, 10  ədəd adi, sənədsiz, adlı səhmdən ibarətdir). Yerləşdirmə uğurla yekunlaşarsa BOKT-ın nizamnamə kapitalı 5 milyon 100 min 170 manata yüksələcəkdir. 

Hazırda "MJ Financial Services" BOKT ASC-nin nizamnamə kapitalının 70%-i Aydınov Camal İsax oğluna, 30%-i Rüstəmov Mədəd Nadir oğluna məxsusdur.

Səhmlərin yerləşdirilməsi üzrə anderrayter "Troni Învestisiya Şirkəti" QSC-dir.

"MJ Financial Services" BOKT ASC şirkəti son istehlakçıların həyata keçirdiyi alışları maliyyələşdirmə sahəsində fəaliyyət göstərir. Şirkətin maliyyələşdirdiyi əsas məhsul növləri mebel və ev aksesuarlarıdır. Bu sahədə Şirkət müxtəlif tanınmış brendlərin satışını həyata keçirdiyi mağaza və şəbəkələrlə əməkdaşlıq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
1
marja.az

2Mənbələr