AZ

Şahramanyan: Bakının siyahısı vardı, onların harada olduğunu bilirdi

BAKI, 18 dekabr. TELEQRAF

Ləğv edilmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan separatçıların liderlərinin Azərbaycan tərəfindən saxlanılması barədə danışıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.

“Azərbaycan hər kəsin harada olduğunu bilirdi. Üstəgəl, onların saxlanılması üçün Bakının orderi və saxlamağı planlaşdırdığı şəxslərin siyahısı vardı”, - o qeyd edib.

Şahramanyan Samvel Babayan və Kamo Vardanyanın da Bakının siyahısında yer aldığını, amma Ermənistana qaça bildiklərini də vurğulayıb.

Seçilən
116
1
teleqraf.com

2Mənbələr