BAKI, 18 dekabr. TELEQRAF
Ləğv edilmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan separatçıların liderlərinin Azərbaycan tərəfindən saxlanılması barədə danışıb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Azərbaycan hər kəsin harada olduğunu bilirdi. Üstəgəl, onların saxlanılması üçün Bakının orderi və saxlamağı planlaşdırdığı şəxslərin siyahısı vardı”, - o qeyd edib.
Şahramanyan Samvel Babayan və Kamo Vardanyanın da Bakının siyahısında yer aldığını, amma Ermənistana qaça bildiklərini də vurğulayıb.