AZ

ADAU-da “HackCotton” startap müsabiqəsinə start verilib

Gəncə, 17 dekabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzinin təşkilatçılığı və “Prime Cotton” MMC-nin maliyyə dəstəyi ilə "HackCotton" startap müsabiqəsi başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin açılışında çıxış edən Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov iştirakçılara uğurlar arzulayıb.

Sonra universitetin Elmi işlər üzrə prorektoru Azad İbrahimov, “Prime Cotton” şirkətinin R&D rəhbəri Fərid Firuddinov, KOBİA Gəncə-Daşkəsən üzrə regional koordinatoru Anar Əliyev və İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev çıxış ediblər.

Qeyd edək ki, 24 saat ərzində baş tutacaq hakatonda 9 ali təhsil müəssisənin 15 startap komandası iştirak edir.

Finalda qalib gələn komandalar 3000 AZN mükafat əldə edəcəklər.

 

 

Seçilən
123
2
azertag.az

3Mənbələr