“Bir Bulut Olsam” və “Həyat Davam Edir” seriallarındakı baş rolları ilə tanınan türk aktrisası Meltem Miraloğlu xristianlığı qəbul edib.Vətəninfo.az xəbər verir ki, Miraloğlu ABŞ-da keşiş Tomas Vik tərəfindən keçirilən xristian mərasimi ilə vəftiz olunub və eyni mərasimdə evlənib.
Qeyd edək ki, aktrisa əvvəllər də bir neçə dəfə evlənmişdi: 2016-cı ildə rejissor Tayfur Aydınla nikah bağlayıb, 2017-ci ildə isə ondan boşandıqdan sonra ABŞ-a gedərək özündən 48 yaş böyük amerikalı Patrik Qreydi ilə evlənmişdi.
Miraloğlu 2024-cü ildə Türkiyə mətbuatının diqqət mərkəzində qalaraq ABŞ-da təzyiq altında saxlandığını, pasportuna çıxışının olmadığını iddia etmiş və Türkiyə hakimiyyətindən kömək istəmişdi.