AZ

Məşhur türk aktrisası Meltem Miraloğlu xristianlığı qəbul etdi

“Bir Bulut Olsam” və “Həyat Davam Edir” seriallarındakı baş rolları ilə tanınan türk aktrisası Meltem Miraloğlu xristianlığı qəbul edib.Vətəninfo.az  xəbər verir ki, Miraloğlu ABŞ-da keşiş Tomas Vik tərəfindən keçirilən xristian mərasimi ilə vəftiz olunub və eyni mərasimdə evlənib.

Qeyd edək ki, aktrisa əvvəllər də bir neçə dəfə evlənmişdi: 2016-cı ildə rejissor Tayfur Aydınla nikah bağlayıb, 2017-ci ildə isə ondan boşandıqdan sonra ABŞ-a gedərək özündən 48 yaş böyük amerikalı Patrik Qreydi ilə evlənmişdi.

Miraloğlu 2024-cü ildə Türkiyə mətbuatının diqqət mərkəzində qalaraq ABŞ-da təzyiq altında saxlandığını, pasportuna çıxışının olmadığını iddia etmiş və Türkiyə hakimiyyətindən kömək istəmişdi.

Seçilən
137
veteninfo.az

1Mənbələr