AZ

Rəqsanə İsmayılova Fazildən boşanıb?

Müğənni Rəqsanə İsmayılova ilə həyat yoldaşı Fazil Əmiraslanovun boşanması barədə rəsmən addım atılmayıb.

Publika.az xəbər verir ki, bu sözləri Telefraf-a Fazil Əmiraslanovun vəkili Ramal Şahmarov deyib.

"Bu haqda hər hansı rəsmi məlumat yoxdur, Fazil Əmiraslanov rəsmən boşanmaq üçün məhkəməyə müraciət etməyib" - vəkil əlavə edib.

Qeyd edək ki, Rəqsanə İsmayılova ötən gün teleproqramların birində “Sizi bilmirəm, mən sevməyə son qoymuşan. Fazillə hər şey bitib”, - deyə açıqlama yayıb.

Xatırladaq ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur.

Seçilən
151
4
publika.az

5Mənbələr