AZ

II Qareginin istefası üçün növbəti kampaniya başladılıb

Ermənistanın "İravunk" qəzeti öz mənbələrinə istinadən yazır ki, ideyanın müəllifi Şirak mərzindən (əyalət) seçilmiş deputat Karen Saruxanyandır. Məlumata görə, o öz təklifini şəxsən Vətəndaş İttifaqı Partiyasının iclasında dilə gətirib:

"Partiya üzvlərinin, hətta Baş nazir Nikol Paşinyanın təklifi alqışladığı bildirilir. Kampaniyanın artıq Şirak mərzi ərazisində başladığı deyilir".
Paşinyan kilsəyə "Troya atı" göndərir

Xatırladaq ki, Ermənistanda hökumət-kilsə qarşıdurması hələ 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəldiyi dövrdə başlayıb. Hökumət başçısı müəyyən təftişlərlə, kilsə rəhbərliyinə tənqidlərlə və yeni katolikos seçimi tələbi ilə Qriqoryan Kilsəsinin nüfuzunu zəiflətməyə çalışır. Qarşıdurma 2024-cü ildə Ermənistan-Azərbaycan sərhəd delimitasiyası məsələsi üzə çıxanda daha da dərinləşib. Beləliklə, hökumət bir sıra din xadimini dövlət çevrilişə cəhddə təqsirləndirib, toqquşmalar və kütləvi həbslər baş verib.

Firudin Həmidli
AzVision.az
Seçilən
103
1
azvision.az

2Mənbələr