AZ

II Qareginin istefası üçün növbəti kampaniya başladılıb

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

Ermənistanın "İravunk" qəzeti öz mənbələrinə istinadən yazır ki, ideyanın müəllifi Şirak mərzindən (əyalət) seçilmiş deputat Karen Saruxanyandır. Məlumata görə, o öz təklifini şəxsən Vətəndaş İttifaqı Partiyasının iclasında dilə gətirib: "Partiya üzvlərinin, hətta Baş nazir Nikol Paşinyanın təklifi alqışladığı bildirilir. Kampaniyanın artıq Şirak mərzi ərazisində başladığı deyilir".

Paşinyan kilsəyə "Troya atı" göndərir

Xatırladaq ki, Ermənistanda hökumət-kilsə qarşıdurması hələ 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəldiyi dövrdə başlayıb. Hökumət başçısı müəyyən təftişlərlə, kilsə rəhbərliyinə tənqidlərlə və yeni katolikos seçimi tələbi ilə Qriqoryan Kilsəsinin nüfuzunu zəiflətməyə çalışır. Qarşıdurma 2024-cü ildə Ermənistan-Azərbaycan sərhəd delimitasiyası məsələsi üzə çıxanda daha da dərinləşib. Beləliklə, hökumət bir sıra din xadimini dövlət çevrilişə cəhddə təqsirləndirib, toqquşmalar və kütləvi həbslər baş verib. Firudin Həmidli

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
1
azvision.az

2Mənbələr