AZ

Səhiyyə Nazirliyi özəl klinikanı ifşa etdi - Sertifikatı yox imiş

BAKI, 17 dekabr. TELEQRAF

Səhiyyə Nazirliyi “Atlas Medical Center”də plandankənar yoxlama keçirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, yoxlama zamanı sözügedən özəl klinikada sertifikatsız pediatriya işi üzrə özəl praktik tibb fəaliyyətinin faktı aşkarlanıb.

Nazirlik tərəfindən buna görə klinika barədə protokol tərtib olunub. Nəticədə “Atlas Medical Center” 6 min manat məbləğində cərimələnib.

Qeyd edək ki, klinikanın hazırda 180 min manat vergi borcu da var. “Atlas Medical Center”in qanuni təmsilçisi Əsli Əliyevadır.

Seçilən
130
1
teleqraf.com

3Mənbələr